
"Neftçi"nin bu gün evdə "Səbail"ə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XX tur matçına 3 futbolçu itkisi ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Neftçi" TV-yə klubun baş həkimi Şaiq Zöhrablı açıqlama verib.
O bildirib ki, məşq zamanı Fəhmin Muradbəyli qamış sümüyü zərbədən əzilib. Əhməd Əhmədovun ayağı topuq nahiyəsindən burxulub. Hər iki oyunçunun müalicəsi fərdi qaydada davam etdirilir. Əhmədovun zədəsi daha ciddi qiymətləndirilir.
Zöhrablı Bruno Teluşinin artıq komanda ilə məşqlərə qatıldırğını əlavə edib.
Baş həkim onun da əlavə edib ki, ölkədə koronavirus infeksiyasının son zamanlar artmasının komandaya təsiri yoxdur: "Test verən bütün futbolçular və inzibati heyət arasında heç bir yoluxma müşahidə olunmayıb. Əvvəllər yoluxmuş futbolçularda antitellər əmələ gəldiyindən, onlar testdən azad ediliblər".
Qeyd edək ki, "Bakcell Arena"da təşkil olunacaq qarşılaşma saat 17:15-də başlanacaq.