İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.
Hazırda qarşılaşmada ilk hissə oynanılır və meydan sahibləri 34 yaşlı forvardın 13-cü dəqiqədə vurduğu qolla hesabda öndədir - 1:0.
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.