UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərə "Mançester Siti"sindən Kevin De Bröyne, İspaniya "Real Madrid"indən Luka Modriç, Almaniya "Bavariya"sından Coşua Kimmix və İngiltərə "Çelsi"sindən N Qolo Kante iddia edir.
De Bröyne Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasını 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Modriç İtaliya "Atalanta"sına 3:1 qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb və 94 faiz dəqiq ötürmə ilə oynayıb.
Kante İspaniyanın "Atletiko" (Madrid) komandasını 2:0 hesabı ilə üstələdikləri görüşdə 88 faiz dəqiq ötürmə verib. Kimmixin isə ötürmələrinin 87 faizi İtaliya "Latsio"sunu 2:1 hesabı məğlub etdikləri qarşılaşmada dəqiq alınıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.