"Azərbaycan variantını agentim təklif etdi və mən bu ölkəyə yollandım. Deyərdim ki, pis təcrübə olmadı".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin sabiq futbolçusu Xose Luis Kabion "encancha.cl" nəşrinə açıqlamasında Bakı klubunda çıxışı barədə danışarkən deyib.
2013-cü ildə "ağ-qaralar"ın formasını geyinən 37 yaşlı veteran müdafiəçi bildirib ki, həmin vaxt komanda yaxşı çıxış edirdi: "Neftçi"də oynamağım həm şəxsi, həm də ailə planında müsbət məqam oldu. Premyer Liqanın və ölkə kubokunu qazandıq".
Kabion komanda yoldaşları ilə tərcüməçi vasitəsilə ünsiyyət saxladığını söyləyib: "Klub mənə məşqləri başa düşmək üçün tərcüməçi vermişdi. Amma meydanda bir-birimizi işarə ilə başa salırdıq. Bu barədə heç bir problem yox idi. Futbolda dil universaldır".
Qeyd edək ki, Xose Luis Kabion "Neftçi"nin heyətində cəmi bir oyun keçirib.