
İspaniya "Barselona"sının lideri Lionel Messi komandadan ayrılacağı barədə son şayiələri şərh edib. Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu heç yerə getməyi planlaşdırmadığını bildirib.
O deyib ki, son zamanlar baş məşqçi Luis Enrike və İngiltərənin "Çelsi" klubu ilə münasibətləri barədə yazılanların hamısı yalandır: "Bunlar ağrıdoğurucu xəbərlərdir. Özü də Barselona yox, Madrid mətbuatının yazdıqlarıdır. Onlar, adətən, üstümüzə hücum edirlər".
Messi "Barsa"da qalmaq üçün heç bir şərt irəli sürmədiyini də əlavə edib: "Çünki getməyə hazırlaşmıram".





































































