İngiltərənin "Mançester Siti" komandası cari mövsümün sonunda futbolçusu Serxio Aquero ilə vidalaşacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb.
Bildirilib ki, argentinalı hücumçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. 33 yaşlı forvard "Mançester Siti"nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kubokunu qazanıb. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokuna sahib çıxıb.