 
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev çıxış etdiyi Ukraynanın "Minay" komandası ilə müqaviləsinin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Premyer Liqa təmsilçisi ilə 1 illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Nuriyev 2018-ci ildən "Minay"ın formasını geyinir.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































