Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv aprelin 30-dakı püşkatmaya 4-cü səbətdən qoşulacaq.
Burada Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, Belarus, Xorvatiya, Albaniya, Şimali İrlandiya və İsrail yığmaları da yer alıb.
Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.