"Neftçi" komandası bu gün səfərdə "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXIV tur matçından öncə koronavirus testindən keçib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klub televiziyasına açıqlama verib. O bildirib ki, kollektivin heç bir üzvündə COVID-19 infeksiyası aşkarlanmayıb.
Zöhrablı komandada zədəli və tibbi cəhətdən oynamasına əks-göstəriciyə malik futbolçunun olmadığını da əlavə edib.
Yalnız Yusuf Laval Yalnız sarı vərəqə limitini keçdiyi üçün "Sabah"la görüşü buraxacaq.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək görüş saat 19:15-də başlanacaq.