Polşanın "Visla" (Krakov) klubu Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli ilə maraqlınır.
Sportnet.az xəbər verir ki, bu barədə "Meczyki" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı hücumçu hazırkı müqaviləsi mövsümün sonunda bitəcəyindən pulsuz dəvət edilə bilər. Lakin sözləşmənin imzalanması üzrə mübarizə çətin görünür. Çünki istedadlı forvardla Polşa və Avropanın bir çox digər klubları da maraqlanır.
Onların arasında "Visla" daha tanınmış klub kimi göstərilib. Qışda Emreli ilə Polşanın "Zaqlembe" və "Rakuv" klubu maraqlanıb. Onlar futbolçu ilə danışıqlara start verib. "Visla" isə oyunçunun agenti ilə əlaqə saxlayaraq Emrelinin mümkün transferini nə dərəcədə mümkünlüyünü soruşurlar. Ona İtaliya, Portuqaliya, Belçika, Xorvatiya və Macarıstandan təkliflər gəlməkdədir.
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır.