Hazırda Səudiyyə Ərəbistanın "Əl Nojoom" klubunda çıxış edən Ulis Obame-Ndonq Bakının "İnter" (hazırkı "Keşlə") klubundan təklif alıb.
Sportnet.az xəbər verir ki, bu barədə 29 yaşlı qabonlu hücumçu "Actufoot" nəşrinə müsahibəsində deyib.
Ndonq 2018-ci ildə agenti onun maraqlananlar arasında "İnter"in də olduğunu bildirib. Lakin sonradan agentindən xəbər çıxmadığını görən forvardın özü təkliflərin aqibəti ilə maraqlanmağa başlayıb.
Hücumçu şəxsən Azərbaycan klubuna müraciət etməyi qərara alıb: "Təəssüf ki, onlar məndən xəbər çıxmadığı üçün, öz hücumçuları ilə müqaviləni uzatdıqlarını bildirdilər. Bundan sonra mən Bolqarıstanın "Vereya" klubundan təklif aldım".