
AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovu cəzalandırıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, buna 43 yaşlı mütəxəssisin Azərbaycan Premyer Liqasının XXIV turunun "Sabah"la oyunundan sonra mətbuat konfransında matçın baş hakimi Vüqar Həsənli ilə bağlı səsləndirdiyi tənqidi fikirlər səbəb olub.
Rəsmi qərar yaxın dəqiqələrdə açıqlanacaq.
Qeyd edək ki, Abasov 2:2 hesabı ilə başa çatan oyundan sonra hakimlər briqadasının idarəçiliyini və rəqib komandanın oyunçularını tənqid edib.