"Mançester Siti" Çempionlar Liqasında qələbə sayında İngiltərə klubları üçün rekord müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, "şəhərlilər" qitənin ən nüfuzlu klub turnirində ölkənin ardıcıl 11 qələbə qazanan ilk komandası olub. Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv bu mövsüm bir dəfə Portuqaliya "Portu"su (3:1), iki dəfə Fransa "Marsel"i (3:0; 3:0), Yunanıstan "Olimpiakos"u (3:0; 1:0), Almaniya "Borussiya Mönhenqladbax"ı (2:1; 2:1) və Fransa PSJ-sini (2:1; 2:0) yenib və yalnız bir dəfə qrup mərhələsində "Portu" ilə qolsuz heç-heçə edib.
Qvardiolanın özü isə baş məşqçi kimi üçüncü dəfə Çempionlar Liqasının finalına yüksəlib. Hər 3 həlledici qarşılaşma 3 müxtəlif onilliyə - 2008/2009, 2010/2011 (hər ikisi İspaniya "Barselona"sı) və 2020/2021 mövsümlərinə təsadüf edib. Əvvəllər belə bir nailiyyətə yalnız Aleks Ferqyuson "Mançester Yunayted"in baş məşqçisi kimi 1998/1999, 2007/2008, 2008/2009 и 2010/2011 mövsümlərində imza atıb. Əvvəlki iki finalda Qvardiola məhz Ferqyusonla üz-üzə gəlib.
Bu dəfə "Mançester Siti" finalda "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. Madriddəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Londondakı cavab görüşü isə bu gün keçiriləcək.