
Futbol üzrə Fransa millisinin heyətində 1998-ci ildə Dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olan hücumçu David Trezege karyerasını başa vurub. Sportnet.az-ın məlumatına görə, 37 yaşlı forvardın sonuncu klubu Hindistanın "Puna Siti" kollektivi olub.
O, milli komandanın heyətində cəmi 71 oyun keçirib və 34 dəfə fərqlənib. Hücumçu Avro-2000-nin finalında komandasının qələbə topunu vurub.
Qeyd edək ki, David Trezege Fransa ("Monako"nun heyətində) və İtaliya ("Yuventus" ) çempionu olub. O, Turin klubunda keçirdiyi 245 matçda 149 qola imza atıb.





































































