Qadınlardan ibarət Azərbaycan milli komandasının 2023-cü il dünya çempionatının seçmə oyunları üçün təqvimi bəlli olub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 17-də səfərdə Rusiyaya qarşı keçirəcək.
Komanda seçmə mərhələyə 2022-ci il sentyabrın 6-da Bosniya və Herseqovina ilə ev oyunu ilə yekun vuracaq.
2021
17 sentyabr
Rusiya - Azərbaycan
21 sentyabr
Azərbaycan - Danimarka
21 oktyabr
Monteneqro - Azərbaycan
26 oktyabr
Azərbaycan - Malta
25 noyabr
Azərbaycan - Rusiya
30 noyabr
Azərbaycan - Monteneqro
2022
7 aprel
Bosniya və Herseqovina - Azərbaycan
12 aprel
Danimarka - Azərbaycan
2 sentyabr
Malta - Azərbaycan
6 sentyabr
Azərbaycan - Bosniya və Herseqovina
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək.