“Sumqayıt” komandası Azərbaycan Premyer Liqasında 300-cü oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVIII tura təsadüf edib. “Səbail” üzərində qələbə həm də üç xalın qazanıldığı 80-ci matç olub. 2011-ci ildən yüksək dəstədə çıxış edən sumqayıtlılar eyni sayda heç-heçə edib və 140 dəfə uduzub.
Komandaya bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandıran oyun həm də səfərdə 150-ci matç olub. Bunların 29-da üç, 41-də bir xal qazanan komanda 80 dəfə rəqib meydanından məğlub ayrılıb.