"Neftçi" klubunun Azərbaycan Premyer Liqasının qalibi olması Polşa "Legiya"sı da irəli düşüb.
Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ" üzərində son turda qazanılmış 1:0 hesablı qələbədən sonra baş verib. Bakı komandası reytinqcə aşağı olduğu üçün Varşava təmsilçisi püşkatma zamanı Çempionlar Liqasının II təsnifat mərhələsində yer alacaq.
Bu isə o deməkdir ki, "Legiya" iki görüşündən qalib ayrılsa, ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. "Neftçi" isə I təsnifat mərhələsindən başlayacağından, qrupa düşməkdən ötrü ən azı üç rəqibi yenməlidir.
Qeyd edək ki, "Legiya"nın tezliklə "Qarabağ" və Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayacağı bildirilir.