
"Qəbələ" və "Sabah"la heç-heçədən sonra nə qədər dərd elədik və başımız ağrıdı. Həyəcana və stresə düşdük. Amma futbolçularıma həmişə deyirdim ki, bu heç-heçənin də bəhrəsini görəcəyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, komanda çempionatı yaxşı başa vurmaq üçün həddindən artıq inamlı olmalıdır: "Bizdə vəziyyət tamam fərqli idi. Komandamızda bu hissləri yaşamayan, çempion olmayan, "qızıl oyun"da iştirak etmətən, bu cür həyacan yaşamayan futbolçular var idi. Bu səbəbdən futbolçuları oyundan-oyuna kökləyirdik. Fikiləşirəm ki, bunu futbolçuların hesabına bacardıq. Futbolçular bizlərə inam verirdi".
Abasov Premyer Liqadakı hər qarşılaşmaya final matçı kimi yanaşdıqlarını sözlərinə əlavə edib: "Futbolçular da belə köklənirdi. Azarkeşlərimizin də bizə çox köməyi oldu. İrəli addım atanda bizə dəstək olurdular. Son turlar çox çətin idi. Rəqiblər bizə başqa cür yanaşmağa başladılar. Öz oyunumuzda bunu hiss edirdi. Bəzən həddindən artıq qapanmağa başladılar. Hərdən rəqibin sıx oynaması da bizə problem yaşadırdı. Futbolçuları bəzən ab-havadan kənarlaşdırmaq istəyirdik. Ancaq məşq, oyuna hazırlıq və s. haqqında düşünürdülər. Nə özümüz ümumi fikirləşdik, nə də oyunçuları qoyduq ki, elə fikirləşsin. Sanki oyunçuları şarın içinə saldıq və kənara çıxarmadıq. Onlara dəfələrlə demişdim ki, ancaq növbəti oyuna köklənməliyik. Son görüşdə həqiqətən çox inanclı idim. Bu əminliyin haradan gəldiyini bilmirəm. Çox güman ki, futbolçularımdan gəlmişdi. Doğurdanda bütün çempionatı fikirləşməmişik".
Baş məşqçi transferlərlə bağlı bunu deyib: "Qarabağ"la oyundan əvvəl planlarımızı qururduq: "Çempionlar Liqası və ya alınmasa Konfrans Liqası ilə bağlı planlardan danışırdıq. Çempionlar Liqasında mübarizə aparacağımız üçün bəzi planlarda dəyişiklər oldu. Hazırda transfer siyasətimiz çox önəmlidir. Gedən futbolçular olacaq. Onları ilk bilən şəxslər siz olacaqsınız. "Neftçi"yə layiq olan futbolçular komandada oynamalıdır. İlk hədəfimizi Çempionlar Liqasında yaxşı hazırlaşmaqdır. 3 futbolçumuz Azərbaycan milli komandasının toplanışında olacaq. Mamadu Kane də öz milli komandasına dəvət alıb. Çalışacağıq ki, yeni transferlərimiz bizə ilk gündən qoşulsun. Amma bu həddindən artıq çətin görsənir. Çünki yaxşı futbolçulara təlabat çoxdur. Onların qarşısında seçim olanda bizim Premyer Liqanın neçənci plana düşdüyünü bilirsiniz. Dünəndən transfer çalışmalarına başlamışıq".
Abasov deyib ki, gedən futbolçular yeni transferlərdən asılı olacaq: "Gedən 3 və ya nəfər olacaq. Adları çəkib tələsmək istəmirəm.