
"Keşlə" komandası "Sumqayıt"la keçirəcəyi Azərbaycan Kubokunun final matçına itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada Vüsal İsgəndərli oynamayacaq. Səbəb 26 yaşlı yarımümdafiəçinin sarı vərəqə limitini aşmasıdır. O, 1/4 finalda "Kəpəz"lə ev (1:0) və yarımfinalda "Zirə" ilə səfər (3:2) oyunlarında rəsmi xəbərdarlıqla üzləşərək, cəzalı duruma düşüb.
"Sumqayıt"da isə hücumçu Əli Qurbani zədəsini sağaldaraq, kollektiv məşqlərə qoşulub.
Qeyd edək ki, mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək final oyunu saat 19:30-da başlanacaq.