
Çempionlar Liqasının final matçından sonra İngiltərənin "Çelsi" komandasının futbolçuları və baş məşqçi Tomas Tuxel qələbəni paltardəyişmə otağında qeyd ediblər.
Sportnet.az-ın məlumatına görə, içəriyə şampanla girən almaniyalı mütəxəssis futbolçuları islatmağa başlayıb. Daha sonra o, ayaqqabılarını çıxararaq, futbolçuları ilə birgə sevinib.
Qeyd edək ki, "Çelsi" finalda "Mançester Siti"ni məğlubiyyətə uğradıb - 1:0.
Boss. ????#ChelseaChampions #UCLFinal pic.twitter.com/sa5KHaBdJL
— Champions of Europe ???? (@ChelseaFC) May 29, 2021