Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terimin köməkçilərindən olan Ümit Davala klubla vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəsəssis tvitter hesabında vida mətni yayımlayıb.
O, karyerasında yeni səhifə açacağını bildirib.
Qeyd edək ki, Ümit Davala 2011 - 2013-cü illərdə və 2018-ci ildən "Qalatasaray"da işləyib. Baş məşqçi Fatih Terimin də müqaviləsi başa çatıb. Onun klubdakı taleyinə prezident seçkisindən sonra aydınlıq gələcək.