"Belçikaya 0:8 hesabı ilə uduzduğumuz matçda meydanda olanlardan yalnız ikisi Azərbaycanla görüşdə iştirak edəcək".
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşıq matçından əvvəl mətbuat konfransında deyib.
61 yaşlı mütəxəssis bildirib ki, həmin məğlubiyyətdən sonra heyətdə dəyişikliklərə əl atmalı olub.
Kondratyev Azərbaycan millisinin yaxşı kollektiv olduğunu söyləyib: "Onların Türkiyə ilə yanaşı, son 5 görüşünü izləmişəm. Komanda yaxşı təsir bağışlasa da, sadəcə bu oyunlarda bir az bəxti gətirməyib. Belarus komandası isə gəncdir. Bizdə nəsildəyişmə prosesi gedir. Çətin görüş olacaq. Ancaq düşünürəm ki, futbolçularım belə matçlarda artıracaqlar".
Qeyd edək ki, iyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Belarus seçməsi martın 30-da DÇ-2022-nin seçmə mərhələsində Belçikaya səfərdə 0:8 hesabı ilə uduzub.