
"Keşlə" futbol klubu "Qəbələ"dən ayrılan Merab Giqauri ilə müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 41 yaşlı mütəxəssisin sözlərinə görə, gürcüstanlı yarımmüdafiəçi 1 illik sözləşməyə qol çəkib.
Əyalət təmsilşçisi ilə vidalaşan nigeriyalı hücumçu Ceyms Adeniyi isə hələlik paytaxt klubunun təklifinə müsbət cavab verməyib: "Adeniyinin başqa təklifləri də var. Maliyyə şərtlərində razılığa gələ bilmirik".
Qurbanov Sezar Meza Kolli ilə başa çatan müqavilənin yenilənməyəcəyini vurğulayıb: "Artıq Meza Kollinin komandadan getdiyini deyə bilərik. Onun da başqa təklifləri var. Bu səbəbdən, "Keşlə"də qalmaq istəmədi".
Komandasının hazırlıq planını da açıqlayan baş məşqçi təlim-məşq toplanışına iyunun 15-də Bakıda start verəcəklərini bildirib: "Ölkə xaricinə çıxmayacağıq. İyunun 27-dək paytaxtda hazırlıq keçdikdən sonra iyulun 1-də Qəbələyə yola düşəcəyik. Yoxlama oyunlarındakı rəqiblərin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək".