Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az II Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Aleksey Şpilevski gətirilib.
Belaruslu mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. 33 yaşlı baş məşqçi bu vəzifədə Dirk Şusteri əvəzləyib.
Qeyd edək ki, Şpilevskinin son klubu Qazaxıstan "Kayrat"ı olub.