"Müqaviləmizin müddəti daha 2 il uzadıldı. "Qarabağ" futbol klubunun bir parçası olmaq hər zaman şərəfdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev özünün feysbuk səhifəsində yazıb.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, layiqli olmaq üçün daha çox çalışacaq: "Bu adı daşımaq qürurvericidir".
Qeyd edək ki, Azərbaycan millisinin üzvü bölgə klubunun heyətində 7 dəfə Premyer Liqanın qalibi olub, 3 dəfə ölkə kubokunu qazanıb.