"Qarabağ" ötən mövsümün sonunda müqaviləsi başa çatan və Polşa "Legiya"sına keçən Mahir Emreli ilə bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, xidmətlərinə görə 24 yaşlı hücumçuya təşəkkür edən Ağdam klubu ona uğurlar arzu edib.
"Köhlən atlar"ın heyətində 197 oyun keçirmiş Azərbaycan millisinin forvardı 72 qol vurub.
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə bağlayıb.