Türkiyə millisinin Avropa çempionatının A qrupunun sonuncu - III turunda Bakıda İsveçrə yığmasına məğlub olaraq mübarizəni dayandırması azarkeşlərin narazılığına səbəb olub.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionuna toplaşan türkiyəli fanatlar matçın sonlarına yaxın 69 yaşlı mütəxəssisi istefaya səsləyiblər.
Qeyd edək ki, görüş "ay-ulduzlular"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.