Şotlandiya milli komandasının futbolçusu Billi Gilmorun koronavirus testi müsbət nəticə verib.
Sportnet.az-ın Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi 10 günlük karantinə alınıb. O, komandasının iyunun 22-də Qlazqoda Xorvatiyaya qarşı keçirəcəyi matçı buraxmalı olacaq. Gilmorda COVID-19 virusunun nə zaman aşkarlandığı açıqlanmır.
Qeyd edək ki, iki turdan sonra Şotlandiya yığması 1 xalla 4-cü yerdə gedir.