
Fransanın "Nitsa" klubuna yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kristof Qaltye ilə müqavilə bağlanılıb. Hələlik sözləşmə müddəti açıqlanmayıb.
54 yaşlı mütəxəssis ötən mövsüm "Lill" komandasına Fransa çempionluğu qazandırıb. "Nitsa" isə 9-cu yeri tutub.