"Xəzər Lənkəran" klubunun fəxri prezidenti, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərti ilə ev həbsindən azad olunub.
Sportnet.az xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabı vasitəsilə açıqlama yayıb.
FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.