
Almaniya milli komandasının və İngiltərənin "Çelsi" klubunun futbolçusu Andre Şürrle "Volfsburq"a keçib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu ilə 2019-cu ilədək müqavilə bağlanılıb.
Onun keçidi Bundesliqa klubuna 33 milyon avroya başa gəlib. Şürrlenin özünə isə ildə 6 milyon avro ödəniləcək.
Qeyd edək ki, Andre Şürrle "Çelsi"yə 2013-cü ilin yayında Almaniya "Bayer"indən keçib. O, "zadəganlar"ın heyətində İngiltərə Premyer Liqasında 58 oyuna 13 qol vurub.









































































