"Bizi çətin oyun gözləyir. İlk matçda istədiyimiz alınmadı. Bu dəfə öz oyunumuzu oynamağa çalışacağıq".
Sportnetr.az-ın məlumatına görə, bu fikirləri "Neftçi" kapitanı Emin Mahmudov Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı futbolçu bildirib ki, hər zaman penalti zərbələri üzərində işləyir: "Dinamo"nun yaxşı tərəfləri barədə indi heç nə deyə bilmərəm. Bunu bizə baş məşqçi izah edəcək. İlk matçdakı səhvləri düzəltməyə çalışacağıq".
Mahmudov səfər qolu qaydasının ləğvini dəstəkləmədiyini bildirib: "Əvvəldən buna qarşı idim. Vəziyyət dəyişdi. Bundan sonra penaltilər seriyası daha çox olacaq".
Qeyd edək ki, iyulun 14-də keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq.