1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş hakim məhkəməyə verildi
Türkiyə Super Liqasının XVIII turunda keçirilən "Qalatasaray" - "Bursaspor" matçını idarə edən Fırat Aydınus məhkəməyə verilib. Sportnet.az-ın məlumatına görə, Müstəqil Bursasporlular Dərnəyi ədalət təmsilçisindən şikayət edib.
Mərkəzi Hakimlər Komitəsi və Türkiyə Futbol Federasiyası haqqında qanuna laqeyd yanaşma iddiası ilə Bursa Prokurorluğuna müraciət edilib. Dərnək adından yerli mətbuata açıqlama verən vəkil Cüneyt Özkan sözügedən qarşılaşmanın 69-cu dəqiqəsində baş verənlərdən danışıb: "69-cu dəqiqədə sarı vərəqəsi olan Meloya ikinci "sarı" da verilməli idi. Melo kobudluq etdi və hakim oyunu saxladı. Ancaq futbolçunun ikinci sarı vərəqəsini vermədi. Ona "qırmızı" verib meydandan kənarlaşdırmamaqla baş hakim Fırat Aydınus "Bursaspor"un haqqını yemiş oldu".
Qeyd edək ki, qalmaqala səbəb olan matç 2:2 hesabı ilə başa çatıb.