
Konfrans Liqası hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib Türkiyə Super Liqası təmsilçisi "Qaziantep" olacaq. "Boluspor" klubunun bazasında keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" əvvəlki yoxlama oyunlarında "Sivasspor"a 0:2, "Keçiörengücü"yə 1:2 hesabı ilə uduzub.