UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.
"Ağ-qaralar" II raundda Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq və ilk matçını evdə oynayacaq.
III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda olacaq.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
-------------------------------
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alacaq.
Azərbaycan çempionu üçün 3 mümkün rəqib var. I qrupda qərarlaşan flaqman Pirey təmsilçisini keçsə, növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan), “Legiya” (Polşa) – “Flora” (Estoniya) və “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.
III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
1-ci qrup
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi
“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
“Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qalibi
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.