Yunanıstanda "Olimpiakos" və "Neftçi" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda erkən əvəzlənmə baş verib.
Sportnet.az-ın Afinaya ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin kapitanı Andreas Buxalakis 17-ci dəqiqədə zədələnərək, əvəzlənib.
28 yaşlı yarımmüdafiəçi yerini Matyö Valbuenaya verib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.