İspaniyanın "Real Madrid" klubunun futbolçusu Xames Rodriges 2 ay müddətinə sıradan çıxıb. Sportnet.az-ın məlumatına görə, kolumbiyalı yarımmüdafiəçi 16-cı turda "Sevilya" ilə görüşün 27-ci dəqiqəsində xəsarət alaraq, əvəzlənib.
Tibbi müayinə nəticəsində onun sağ ayaq sümüyündə qırıq aşkarlanıb.
Qeyd edək ki, "Real Madrid"in 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Xames Rodriges ilk qolun müəllifi olub.