
Braziliya milli komandasının sabiq baş məşqçisi Luis Felipe Skolari Peru yığmasının təklifindən imtina edib. Sportnet.az-ın məlumatına görə, hazırda "Qremio"nun sükanı arxasında olan təcrübəli mütəxəssis hazırkı məqamda bu təklifi qəbul edə bilməyəcəyini söyləyib. 
Skolari 2002-ci ildə 5-ci dəfə dünya çempionluğu qazandırdığı Braziliya yığmasına DÇ-2014-də də rəhbərlik edib. Amma bu dəfə onun komandası 4-cü yerlə kifayətlənib. "Pentakampeonlar" yarımfinalda Almaniyaya 1:7, 3-cü yer uğrunda görüşdə Hollandiyaya uduzublar - 0:3. 









                 





    
    
    
    
    
    
    
    
    




















































