"Nəticəni məni elə də narahat etmir. Məni ən çox düşündürən, oyunçuların əksəriyyətinin istəksiz oynamasıdır".
Sportnet.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Farer adalarında "Torshavn"a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Hayfa təmsilçisi məğlubiyyətə baxmayaraq, pley-offa yüksəlib və bu mərhələdə "Neftçi"yə rəqib olub. 42 yaşlı mütəxəssis artıq Azərbaycan təmsilçisi ilə matça kökləndiklərini bildirib: "Bu nəticəni unudub, məğlubiyyətdən dərs almalıyıq. Hazırda "Neftçi" ilə oyun bizim üçün daha vacibdir. Bu görüşə ciddi hazırlaşacağıq".
Qeyd edək ki, "Neftçi" və "Makkabi" arasında ilk oyun avqustun 19-da Bakıda, cavab matçı isə 1 həftə sonra Hayfada olacaq.