
İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İspaniyanın "Atletiko" (Madrid) komandasına qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununu buraxacaq.
Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, zədəsini sağaldan 40 yaşlı hücumçu fərdi məşqlərlə kifayətlənir.
İsveçli forvard milli komandaların matçları ilə əlaqədar yaranmış fasilədən sonra sıraya dönəcək.
Qeyd edək ki, sentyabrın 28-də oynanılacaq "Milan" - "Atletiko" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.