UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Fransa PSJ-sindən Lionel Messi, İngiltərənin "Mançester Yunayted" klubundan Aleks Telles, Moldova "Şerif"indən Sebastyen Till, İspaniyanın "Atletiko" (Madrid) komandasından Antuan Qrizmann iddia edir.
Messi Parisdə İngiltərə "Mançester Siti"sinə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Telles evdə İspaniya "Vilyarreal"ını 2:1 hesabı ilə yendikləri qarşılaşmada qol vurub. Till İspaniyada "Real Madrid"i üstələdikləri oyunda qələbə topunun müəyyəlifi olub - 2:1. Qrizmann İtaliyada "Milan"ı eyni hesabla məğlub etdikləri matçda topu rəqib qapısından keçirib.
Кто забил лучший гол 2-го тура? ????
— УЕФА (@UEFAcom_ru) September 29, 2021
Голосуй ???? https://t.co/r1mrNN4Hfb#ГолНеделиЛЧ | @Heineken | #ЛигаЧемпионов pic.twitter.com/fnRPzQcpqf