"Neftçi"nin futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oktyabrın 6-da və 9-da Sudan, 12-də isə Mərakeşlə 2022-ci il dünya çempionatının seçmə oyunlarına çağırılıb.
Qeyd edək ki, Kane Qvineya milli komandasında 6 oyun keçirib, 1 qol vurub.