
Fevralın 14-dən Bakıda təlim-məşq toplanışına başlayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik hazırlığa cəlb olunan futbolçulardan 2-si komandadan kənarlaşdırılıb.
"İnter"in oyunçusu Nadir Qasımov zədəli olduğu üçün heyətdən çıxarılıb. "Bakı"nın futbolçusu Samir Əliyev isə səhhəti ilə əlaqədar toplanışa qatılmayıb.










































































