Türkiyənin "Qalatasaray" klubunun sabiq idarəçilərindən olan Adnan Öztürk müğənni Nihat Doğanın klub üzvlüyündən uzaqlaşdırılmasını istəyir. Sportnet.az-ın məlumatına görə, buna səbəb Doğanın şəxsi "twitter" hesabından paylaşımı olub.
Müğənni Türkiyədə mindiyi avtobusda təcavüz edildikdən sonra öldürülən Özgəcan Aslan cinayətindən sonra sosial şəbəkədə bu cür fikir bildirib: "Sən də mini ətək geyinib-soyunub, layiqli sistemin əxlaqsızlaşdırdığı şəxslər tərəfindən təcavüz edildikdə qışqıra bilməyəcəksən".
Tvitdən sonra qınaq obyektinə çevrilən Nihat Doğan həmin paylaşımı silib. Adnan Öztürk isə "Qalatasaray" İntizam Komitəsinə məktub ünvanlayıb. Öztürk müğənninin üzvlükdən xaric edilməsini istəyib.