
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə PSJ - "Çelsi" matçı öncəsi bir qrup ingilis azarkeşlər qara dərili fransızın metroya minməsinə icazə verməyib. Sportnet.az-ın məlumaıtna görə, artıq İngiltərə klubu məsələ ilə bağlı ilk addımını atıb.
Belə ki, irqçi ayrı seçkiliyə yol verən azarkeşlərə stadiona giriş qadağanı qoyulub. Azarkeşlərə ömürlük "Stemford Bridc"ə girməmək cəzası da verilə bilər.
Qeyd edək ki, bir neçə gün öncə Parisdə metrların birinində matç izlməyə gələn bir qrup ingilis azarkeşlər 33 yaşlı qaradərili Fransa vətəndaşının qatara minməsinə icazə verməmişdilər. Bundan əlavə həmin şəxslər qatarda "biz irqçiyik və bunu sevirik" şüarları səsləndiriblər.