2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun daha 8 görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.
C qrupunda evdə Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.
I qrupunda San Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək getmək üçün pley-off matçları oynamalıdır.
------------------------------------------------------
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun daha 8 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, C, F və I qruplarında oynanılacaq qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla qarşılaşacaq. Hazırda "Skuadra Adzurra" yalnız top fərqinə görə isveçrəliləri üstələyir. Bu mənada, komandalar final mərhələsinə birbaşa vəsiqə üçün xal ititrməməklə yanaşı, böyük hesablı qələbə qazanmağa çalışacaqlar.
F qrupunda bütün suallara aydınlıq gəldiyindən, Şotlandiya - Danimarka qarşılaşması formal xarakter daşıyacaq. 27 xala malik Danimarka seçməsi final mərhələsinə, 20 xalı olan Şotlandiya isə pley-offa vəsiqəni əvvəlcədən rəsmiləşdirib. İsrail - Farer adaları və Avstriya - Moldova qarşılaşmalarının nəticələri isə 3-cü pillənin taleyinə aydınlıq gətirəcək.
I qrupuna başçılıq edən İngiltərə millisi final mərhələsinin bir addımlığındadır. San Marinonun qonağı olacaq britaniyalıları heç-heçə də qane edəcək. İkinci sırada yer alan Polşa yığması isə mundiala birbaşa yollanmaq üçün evdə Macarıstana böyük hesabla qalib gəlib İngiltərənin "cırtdanlar"a uduzmasını gözləməlidir. Albaniya - Andorra görüşü ilə yanaşı, bu matçın nəticəsi həm də 3-cü yerin taleyinə aydınlıq gətirəcək.
DÇ-2022, seçmə mərhələ
X tur
15 noyabr
C qrupu
23:45. Şimali İrlandiya - İtaliya - 0:0
23:45. İsveçrə - Bolqarıstan - 4:0
Qollar: Noa Okafor, 48, Ruben Varqas, 57, Sedrik İtten, 72, Remo Froyler, 90+1
Xal durumu: İsveçrə - 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3
F qrupu
23:45. İsrail - Farer adaları - 3:2
Qollar: Munes Dabbur, 30 (pen.), Şon Vaysman, 58, Dor Perets, 74 - Sölvi Vatnhamar, 62, Klemint Olsen, 72
23:45. Şotlandiya - Danimarka - 2:0
Qollar: Harri Suttar, 35, Çe Adams, 86
23:45. Avstriya - Moldova - 4:1
Qollar: Marko Arnautoviç, 4; 55 (pen.), Kristofer Trimmel, 22, Deyan Lyubiçiç, 83 - İon Nikolaesku, 60
Xal durumu: Danimarka - 27, Şotlandiya - 23, İsrail - 16, Avstriya - 16, Farer adaları - 4, Moldova - 1
I qrupu
23:45. San Marino - İngiltərə - 0:10
Qollar: Harri Maquayr, 6, Filippo Fabbri, 15 (avtoqol), Harri Keyn, 27 (pen.); 32; 39 (pen.); 42, İmil Smit-Rou, 58, Tayron Minqz, 69, Temmi Abraham, 78, Bukayo Saka, 79
Qırmızı vərəqə: Dante Rossi, 68 (San Marino)
23:45. Albaniya - Andorra - 1:0
Qol: Endri Çekiçi, 73 (pen.)
23:45. Polşa - Macarıstan - 1:2
Qollar: Karol Sviderski, 61 - Andraş Şefer, 37, Daniel Qazdaq, 80
Xal durumu: İngiltərə - 26, Polşa - 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San Marino - 0.
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.