
İspaniyanın "Real Madrid" klubunun qapıçısı İker Kasilyas 500-cü matçına çıxıb. Sportnet.az-ınməlumatına görə, 34 yaşlı əlcək sahibi La Liqanın XXIV turunda "Elçe" ilə qarşılaşmada buna nail olub.
Madrid klubunun 2:0 hesablı qələbə qazandığı oyunda Kasilyas 328-ci dəfə meydanı başıuca tərk edib.
Qeyd edək ki, ispaniyalı futbolçulardan Raul Qonzales "Real Madrid" forması ilə 550 oyun keçirib.









































































