Braziliyanın "Palmeyras" klubunun futbolçusu Deyverson "Flamenqo"ya 2:1 hesabı ilə qalib gəldikləri Libertadores Kubokunun final oyununda etdiyi hərəkətlər diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu sözügedən qarşılaşmada qeyri-adi simulyasiyaya əl atıb. Təcrübəli forvard görüşün baş hakiminin yüngül toxunuşundan sonra yerə yıxılaraq vaxt aparmağa çalışıb.
Qeyd edək ki, Deyverson 95-ci dəqiqədə fərqlənərək komandasına Libertadores Kubokunu qazandırıb. O, daha sonra qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
???? pic.twitter.com/reyZSotaAT
— Football Shithousery (@FootyRustling) November 27, 2021