Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşa Kubokunda 1/4 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Varşava təmsilçisi 1/8 finalda "Motor"u səfərdə məğlubiyyətə uğradıb - 2:1.
24 yaşlı hücumçu meydana 46-cı dəqiqədə girib. Həmin vaxt "Legiya" 0:1 hesabı ilə geridə olub. Qonaq komanda Lukinyasın 56-cı və Şimon Vlodarçikin 73-cü dəqiqədə vurduğu qollar sayəsində əzmkar qələbə qazanıb.
Növbəti mərhələdə rəqib "Arka Qdınya" komandası olacaq.