Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı gənc (U-20) futbolçusunu açıqlayıb.
Sportnet.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya "Barselona"sından Pedri layiq görülüb. 19 yaşlı yarımmüdafiəçi 105 xalla bütün rəqiblərini qabaqlayıb.
Almaniya "Bavariya"sının vingeri Camal Musiala 45 xalla ikinci, Pedrinin komanda yoldaşı Erik Qarsiya isə 20 xalla üçüncü olub.
Qeyd edək ki, Pedri 21 yaşadək futbolçulara təqdim olunan "Qızıl oğlan" mükafatının, həmçinin "France Football" nəşrinin versiyasına əsasən ilin ən yaxşı gənc futbolçusu nominasiyasının qalibi olub.